Menu
Sənin kartın

Agent Provocateur

Agent Provocateur

Agent Provocateur -  xanımlar üçün alt paltarların məşhur London istehsalçısıdır. Mövcud olduğu müddət ərzində marka hisslərin provokasiyası, cazibə və şəhvətlə sinonimə çevrilmişdir.

Qeyri - adi alt paltarlarının istehsalı ideyasını Joe Corre və Serena Reese cütlüyü reallaşdırır. Agent Provocateur -ə məxsus ilk butik 1994-cü ildə, Londonun mərkəzi hissəsində, Soho adlı ticarət-əyləncə kvartalında fəaliyyətə başlayır. Qısa müddət ərzində fərqli dizaynlı alt geyimləri böyük alıcı kütləsinin rəğbətini qazanır.

1999-cu ildə şirkətin rəsmi saytı fəaliyyətə başlayır, və o, dərhal internet-auditoriyanın diqqətini cəlb edir. Növbəti il brend məhsul çeşidini genişləndirməyə qərar verir və Agent Provocateur adlı ilk ətrini istehsal edir. 2007-ci ildə brend eksklüziv çimərlik geyimlərinin debüt kolleksiyasını təqdim edir, məhsulların çeşidini daha da genişləndirərək, 2011-ci ildə isə bəzək əşyaları istehsalı ilə məşğul olur. 2013-cü ildən başlayaraq firma mağazalarının vitrinlərində günəş eynəkləri yer alır.

Agent Provocateur markasının fərqləndirici xüsusiyyəti, təqdim etdiyi məhsullarda hisslərin tam azadlığını vurğulamasıdır. Sözügedən brendin məhsulunu seçən hər bir qadın, özünü inamlı və arzuolunan, həyatı isə dolğun və maraqlı etməyə qadirdir.

Agent Provocateur Eau Emotionelle - qadınlar üçün nəzərdə tutulan ətirdir, sözügedən ətir çiçəkli, odunsu-müşk qrupuna aiddir. Agent Provocateur Eau Emotionnelle 2006-cı ildə istehsal edilmişdir. Üst notlar: Sitrus, Qırmızı meyvələr, Bibəriyyə; Orta notlar: Maqnoliya, Ağ çay, Yapon osmantusu, Qarden..
15,00AZN Vergiler Hariç:15,00AZN
Agent Provocateur Maitresse - qadın ətridir, ətir şərq, çiçəkli ətir qrupuna aiddir. Agent Provocateur Maitresse 2006-cı ildə satışa çıxarılmışdır. Ətriyyatçı: Christian Provenzano. Üst notlar: Ağ lotus ləçəkləri, İlanq- ilanq, Bənövşə yarpağı; Orta notlar: Osmantus, Jasmin, Qızılgül; Əsas notlar: S..
30,00AZN Vergiler Hariç:30,00AZN
Gösterilen: 1 ile 2 arası, toplam: 2 (1 Sayfa)